Xüsusi hazırlanmış təlim proqramı ilə orta təhsilli gənc (18-25 yaş) məzunların cəlb edilməsi.
Qiymətləndirməni uğurla başa vuran 25-30 yaş aralığında olan gənclər müştərilər tərəfindən işlə təmin olunacaqdır.
2024-cü ildə həyata keçirilən ilk layihələrdən biri 21 avqust 2024-cü il tarixində 17 məzunun “TABIA Group"a məxsus müxtəlif hotellərdə işlə təmin olunması ilə başa çatdı.
Proqrama ünsiyyət və texniki bacarıqlar üzrə 6 aylıq intensiv təlim, həmçinin hotelçilik mütəxəssisləri tərəfindən keçirilən bir sıra praktiki təlim və sessiyalar daxildir.
1 Mart, 2024
6 ay
Sosial bacarıqlar, Texniki bacarıqlar
“Təhsildən Karyeraya” təcrübə proqramı “Synergia Academy” və “FMG” şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Proqramın əsas məqsədi 18-30 yaş arası ali təhsilli Azərbaycan gənclərini müasir peşə tələblərinə uyğun hazırlamaq, onların uzunmüddətli karyera perspektivlərini gücləndirmək və “FMG” şirkətinin tabeliyindəki müxtəlif biznes və ticarət obyektlərində işlə təmin etməkdir.
1 May, 2025
6 ay
Sosial bacarıqlar, Texniki bacarıqlar